Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək






presstv

"Presstv"az #İlham Əliyev, #Mehriban Əliyeva, #Sağlamlıq, #Şuşa, #Təcili Tibbi Yardım, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə media nümayəndələrinə Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov məlumat verib.

Qoruq rəsmisi xatırladıb ki, təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.

Bildirilib ki, stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.

Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.

V. Məhərrəmov da qeyd edib ki, mərkəz Şuşa şəhər sakinləri ilə yanaşı, buraya səfər edən şəxslərində sağlamlığının keşiyində duracaq.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv