Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı

Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı






presstv

"Presstv"az #Anadolu, #Araşdırma, #Hadisə, #Snoubord, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Uludağ bölgəsində bu ölkənin xizək üzrə milli komandasının xizəkçisi Berkin Usta və atası, keçmiş xizəkçi Yahya Ustanın həyatını itirdiyi hoteldə baş verən yanğınla bağlı saxlanılanların sayı artıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat verib.

Uludağ Hotellər Bölgəsindəki hoteldə ötən gün səhər saatlarında baş verən yanğınla bağlı araşdırmalar və istintaq davam edir.

Məlumata görə, ötən gün hadisə ilə bağlı saxlanılan hotel müdirindən başqa, hoteli idarə edən şirkətin meneceri və xizək kurortunun üç işçisi də nəzarət altına alınıb. Ümumilikdə saxlanılanların sayı 5-ə çatıb və onların dindirilməsi davam edir.

Xatırladaq ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin sədri Yahya Usta, həyat yoldaşı Fikriye və oğlu – 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta xəsarət alıblar. Huşsuz vəziyyətdə çıxarılan Yahya Ustanın və oğlu Berkin Ustanın həyatını göstərilən tibbi müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Həyati təhlükəsi olan Fikriye Ustanın isə xəstəxanada müalicəsi davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv