Azərbaycanda daha iki min eşşək yoxa çıxdı

Azərbaycanda daha iki min eşşək yoxa çıxdı






presstv

"Presstv"az #Ağstafa, #Azərbaycan, #Bakı, #Lənkəran, #Naxçıvan Muxtar Respublikası, #Qazax, #Quba, #Salyan, #Şəki, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda eşşəklərin sayında azalma davam edir.

presstvaz Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində 12 709 baş eşşək olub.

Bu göstərici ötən illə müqayisədə 2 215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.

Ötən il eşşəklərin böyük hissəsinin – 68 faizinin yaşı 3 və daha çox olub.

Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1 151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1 362 baş eşşək olub.

İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1 284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.

İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:

Bakı şəhəri – 7

Naxçıvan Muxtar Respublikası – 1041

Abşeron-Xızı iqtisadi rayonu – 90

Dağlıq Şirvan iqtisadi rayonu – 513

Gəncə-Daşkəsən iqtisadi rayonu – 1426

Qarabağ iqtisadi rayonu – 658

Qazax-Tovuz iqtisadi rayonu – 2949

Quba-Xaçmaz iqtisadi rayonu – 1552

Lənkəran-Astara iqtisadi rayonu – 2535

Mərkəzi Aran iqtisadi rayonu – 224

Mil-Muğan iqtisadi rayonu – 478

Şəki-Zaqatala iqtisadi rayonu – 542

Şərqi Zəngəzur iqtisadi rayonu – 88

Şirvan-Salyan iqtisadi rayonu – 606


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv