Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək

Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək






presstv

"Presstv"az #Azərbaycan, #Füzuli, #Günəş, #İlham Əliyev, #Mehriban Əliyeva, #Tikinti və İdarəetmə Xidməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sarıcalı kəndində əhaliyə xidmətin daha yaxşı təşkili üçün çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib.

Qeyd edilib ki, bu, öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq.

Çoxfunksiyalı inzibati bina zirzəmi və iki mərtəbədən ibarətdir. İnzibati binada vestibul (gözləmə zalı), 1 ədəd qeydiyyat otağı, 11 ədəd iş otağı, 1 ədəd iclas otağı, 2 ədəd texniki otaq və mətbəx yaradılıb. Binanın damında günəş panelləri quraşdırılıb.

Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunan çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv