Planetimizi təhdid edən TƏHLÜKƏLİ maqnit qasırğası: Azərbaycana necə təsir edəcək?

Planetimizi təhdid edən TƏHLÜKƏLİ maqnit qasırğası: Azərbaycana necə təsir edəcək?






presstv

"Presstv"az #Azərbaycan, #Günəş, #Hadisə, #Planet, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yerin maqnit sahəsində pozuntu qeydə alınıb və artıq orta səviyyəyə çatıb. Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

presstvaz   xəbər verir ki, məlumata görə, Yerin maqnit sahəsindəki pozulma səviyyəsi beş göstəricinin monitorinq şkalası üzrə G2 (“orta”) səviyyəsindədir ki, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.

G2 səviyyəsi isə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, həmçinin radionaviqasiyada fasilələr və yüksəktezlikli radio rabitəsində pozulmalar baş verə bilər.

Bəs görəsən, qasırğa nə dərəcədə təhlükəlidir? Necə qoruna bilərik və nə vaxta kimi davam edəcək?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Oxu.Aza danışıb.

O bildirib ki, Yerin maqnit sahəsindəki pozuntu planeti təhdid edən təbii hadisələrdən biridir:

“Bu hadisələr milyon illərdir, baş verir. Maqnit qütbləri planetin qoruyucu amili olaraq gələn elektromaqnit dalğalarını geri qaytararaq, həyatın davam etməsini təmin edir”.

Alim son dövrlərdə Yerin maqnit sahəsinin dəyişdiyini qeyd edib:

“Xüsusilə 1996-cı ildən etibarən maqnit sahəsi Şimali Amerikadan keçərək Rusiyanın ərazisinə doğru yönəlməyə başlayıb. Bu dəyişiklik nəticəsində Sibir tərəfdə maqnit sahələrində çox böyük təhlükələr yaranıb. Bu cür dəyişikliklərin olması Yerin dərinliklərindəki lava yataqlarının artması və Yerin üst qatını təşkil edən qabığının alt hissəsində toplanan enerjisi ilə əlaqəlidir. Bu, əslində, yeni fəsadlar yarada bilər, amma hələlik bu dəyişikliklərin böyük bir təhdid yaratmadığını söyləmək olar”.

O həmçinin Günəşin səthində baş verən partlayışların planetlərə təsir etdiyini və bunun nəticəsində, xüsusən Yerdə həyat üçün müəyyən risklərin yarandığını vurğulayıb.

“Elm və texnologiyanın inkişafı ilə bu cür hadisələr daha yaxşı izlənilir, tədbirlər görülür. Maqnit sahələrinə qarşı ən həssas olan qruplar yaşlı insanlar, uşaqlar və hamilə qadınlardır. Bu şəxslərin xüsusilə günün aktiv saatlarında evdə qalmalarını tövsiyə edir, bunun daha yaxşı olacağını düşünürəm. Azərbaycanda evlərin əksəriyyəti betonla tikildiyi üçün elektromaqnit dalğalarının təsiri burada daha azdır”, – deyə Ə.Əliyev fikirlərini yekunlaşdırıb.

Məhərrəm Əliyev


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv