Məşhur İtaliya brendi “Qazprom”un idarəçiliyindən çıxarıldı

Məşhur İtaliya brendi “Qazprom”un idarəçiliyindən çıxarıldı






presstv

"Presstv"az #İtaliya, #Milan, #Rusiya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın “Ariston Holding” şirkəti özünün Rusiya bölməsi olan “Ariston Thermo Rus”a nəzarəti bərpa edib.

presstvaz-ın xəbərinə görə, bu barədə İtaliyanın Milanofinanza.it nəşri məlumat verib.

Məlumata görə, bu, Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il martın 26-da imzaladığı müvəqqəti idarəçilik haqqında fərmanının ləğvindən sonra baş verib.

Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, Rusiyanın törəmə şirkəti “Ariston”un səhmləri “Qazprom” strukturunun müvəqqəti idarəçiliyindən çıxarılıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Putin “Ariston”un Rusiyadakı törəmə şirkəti “Ariston Termo Rus”u dövlətə məxsus “Qazprom məişət sistemləri”nin müvəqqəti idarəçiliyinə vermişdi. Nəşr Rusiya agentliklərinə istinadla bildirir ki, bu bənd artıq etibarsız elan edilib.

“Ariston” şirkəti xəbəri təsdiqləyib və bildirib ki, Rusiya “Ariston Holding N.V.”ə mülkiyyət və Rusiyadakı törəmə şirkətinin səhmlərinə tam şəkildə idarəetmə hüququnu geri qaytarıb.

“Rusiyada fəaliyyətimizi davam etdirmək üçün mövcud qaydalara və sanksiyalara tam uyğun olaraq, yerli rəhbərliyimizlə birgə işimizi bərpa edəcəyik”, – deyə “Ariston Group”un icraçı sədri Paolo Merloni bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv