UEFA “Real Madrid”in oyunçuları barəsində araşdırmaya başlayıb

UEFA “Real Madrid”in oyunçuları barəsində araşdırmaya başlayıb






presstv

"Presstv"az #"Real Madrid", #Araşdırma, #Avropa, #Futbol, #Haber Global, #Kilian Mbappe, #Vinisius Junior

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Futbol İttifaqı Çempionlar Liqasının “Atletiko Madrid”lə cavab oyunundan sonra “Real Madrid” futbolçularına qarşı məhkəmə prosesinin başladığını elan edib.

presstvaz xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, UEFA-nın mənzil-qərargahının yerləşdiyi Nyon şəhərində “Real Madrid”in futbolçuları Antonio Rüdiqer, Kilian Mbappe, Dani Sebalyos və Vinisius Juniorun 2025-ci il martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko Madrid”lə cavab oyunu (0:1, pen. 4-2) zamanı əxlaqsız davranışı ilə bağlı iddiaları araşdırmaq üçün etika və nizam-intizam məmuru təyin edilib.

İlk oyunda doğma meydanda 2:1 hesabı ilə qalib gələn “Real” cavab görüşünün əsas vaxtında 0:1 hesabı ilə uduzub. Əlavə vaxt balansı dəyişməyib və “Real” penaltilərdə 4-2 hesabı ilə qalib gəlib.

Vinisius Junior əlavə vaxtda “Atletiko” azarkeşlərinə qarşı ədəbsiz jestlər göstərib, Mbappe, Antonio Rüdiqer, Dani Sebalyos və Cud Bellinqem isə “Real”ın penaltilər seriyasında qələbəsindən sonra nalayiq hərəkətlər ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv