Rusiyanın ABŞ-dəki yeni səfiri Vaşinqtona gedib

Rusiyanın ABŞ-dəki yeni səfiri Vaşinqtona gedib






presstv

"Presstv"az #ABŞ, #Astana, #Jurnalistlər, #Nəqliyyat, #Rusiya, #təyyarə, #Vaşinqton, #Vəzifə, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev Vaşinqtona gedib.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, diplomatın olduğu təyyarə Vaşinqtonun Dalles hava limanına enib.

“Sanksional dağıntılar da daxil olmaqla, “toksik irsin” təmizlənməsi daha böyük səylər tələb edir”, – deyə Darçiyev ABŞ-yə gələrkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında münasibətlərin normallaşdırılması üzrə iş artıq bütün istiqamətlər üzrə aparılır və hər iki tərəf nəticənin əldə edilməsinə diqqətini cəmləyib.

“Sevindirici haldır ki, mənim Rusiya səfiri kimi ABŞ-də mövcudluğum əvvəlki administrasiya dövründə qırılma astanasında olan ikitərəfli münasibətlərimizdə müəyyən “imkanlar pəncərəsi”nin yarandığı bir şəraitdə başlayır”, – deyə o qeyd edib.

Diplomat bildirib ki, Rusiya tərəfi rusiyalılar üçün viza prosedurlarının sadələşdirilməsinə, birbaşa hava nəqliyyatının bərpa edilməsinə, həmçinin, diplomatların iş şəraitinin normallaşdırılmasına və müsadirə edilmiş əmlakın qaytarılmasına çalışacaq.

Martın 27-də Aleksandr Darçiyev etimadnaməsinin surətlərini Dövlət Departamentinə təqdim edəcək.

Xatırladaq ki, martın 6-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir təyin edib. Eyni zamanda o, Vaşinqtonda ABŞ Dövlətləri Təşkilatında daimi müşahidəçi vəzifəsini də icra edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv