Mirvari Qəhrəmanlı “QHT İşi” çərçivəsində prokurorluğa çağırılıb

Mirvari Qəhrəmanlı “QHT İşi” çərçivəsində prokurorluğa çağırılıb






presstv

"Presstv"az #Azərbaycan, #Cinayət işi, #Neftçi, #Qeyri-hökumət təşkilatları (QHT), #Vəzifə, #Vəzifə saxtakarlığı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daha bir qeyri hökumət təşkilatının (QHT) rəhbəri Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb edilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub.

Mirvari Qəhrəmanlı açıqlamasında deyib iki, o, bu haqda məlumat vermək istəmir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri – hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

“İştirak Evi ” MMC – nin təsisçisi və direktoru Məmməd Alpay ( Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui – istifadə etmə) və 313 – cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv