Nigeriyada hərbi bazaya silahlı hücum: Çox sayda ölən və yaralanan var

Nigeriyada hərbi bazaya silahlı hücum: Çox sayda ölən və yaralanan var






presstv

"Presstv"az #Hadisə, #Nəqliyyat, #Niger, #Nigeriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin Vadjiroko bölgəsində yerləşən hərbi bazaya və hərbi forposta silahlıların hücumu olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat verib.

Məlumata görə, hadisə nəticəsində azı 16 nəfər ölüb.

Təhlükəsizlik qüvvələrindəki mənbələrin bildirdiyinə görə, əsasən Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən İŞİD və “Boko Haram” terror təşkilatlarının üzvləri dinc əhaliyə hücum edərək qətllər törədib, onminlərlə insanı öz evlərini tərk etməyə məcbur ediblər.

Mənbələr əlavə ediblər ki, silahlıların əvvəlcə dronlardan istifadə edərək hücuma keçdiyi, daha sonra quru hücumuna başladığı güman edilir.

“Onlar mühüm silah ehtiyatını talan ediblər”, – deyə qeyd edilib.

Kamerun Müdafiə Nazirliyi ölənlərdən 12-nin və yaralananların 10-nun Kamerun ordusunun hərbçisi olduğunu, yaralıların Çadın paytaxtı Ndjamenduya aparıldığını bildirib.

“Hücum zamanı terrorçular bir neçə yüngül taktiki nəqliyyat vasitələrində müasir silahlardan istifadə ediblər ki, bu da onların iri transmilli cinayətkar qruplarla açıq-aşkar əlaqəsini göstərir”, – deyə Müdafiə Nazirliyi əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv