Ağ Evin gizli yazışmasından sızma ilə bağlı Trampı qəzəbləndirən nə olub?

Ağ Evin gizli yazışmasından sızma ilə bağlı Trampı qəzəbləndirən nə olub?






presstv

"Presstv"az #ABŞ, #Baş redaktor, #Donald Tramp, #Husilər, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidenti Donald Tramp Yəmənə hücumların müzakirəsi ilə bağlı yazışmanın sızmasına görə deyil, onun milli təhlükəsizlik müşaviri Mayk Uoltsun “The Atlantic” qəzetinin baş redaktorunun nömrəsini telefonunda saxladığı üçün qəzəblənib.

presstvaz xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat verib.

Xatırladaq ki, martın 24-də “The Atlantic”in baş redaktoru Cefri Qoldberq, Uoltsun “Signal” mesencerində səhvən onu Yəmən husilərinə qarşı əməliyyat planlarının müzakirə edildiyi çata əlavə etdiyini açıqlayıb. Çatda Uolts, Pentaqonun rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio, vitse-prezident Ceyms Devid Vens və başqaları da daxil olmaqla 18 nəfər olub.

Mənbələr bildiriblər ki, Tramp açıq şəkildə Uoltsu dəstəkləyərək milli təhlükəsizlik müşavirinin jurnalistlə insidentdən dərs aldığını desə də, əslində o qəzəblənib. Trampın əsas narazılığı Uoltsun telefonunda “Atlantic”in redaktorunun əlaqə məlumatlarının olması olub.

Qeyd olunur ki, insident Uoltsun Trampın yaxın ətrafı ilə münasibətlərini gərginləşdirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv