ABŞ-də qalmaqal: Jurnalist rəsmilərin çat qrupuna salındı, planlar sızdırıldı

ABŞ-də qalmaqal: Jurnalist rəsmilərin çat qrupuna salındı, planlar sızdırıldı






presstv

"Presstv"az #ABŞ, #Baş redaktor, #Donald Tramp, #Husilər, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin müdafiə naziri Pit Heqset hərbçilərin Yəmənə zərbələr endirməsinə dair məlumatın sızması ilə bağlı iddiaları təkzib edib.

presstvaz xəbər verir ki, o bunu “Fox News” telekanalının efirində deyib.

“Heç kəs hərbi planları göndərməyib. Sözügedən məsələ ilə bağlı ancaq bunu söyləyə bilərəm” , – deyə o vurğulayıb.

P.Heqset bununla da “Atlantic” jurnalının baş redaktoru Cefrri Qoldberqin Yəməndəki husilərə zərbələrin müzakirə olunduğu çat qrupuna təsadüfən salınması barədə informasiyanı şərh edib.

Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp jurnalistin qrupa əlavə edilməsi barədə heç nə bilmədiyini vurğulayıb.

C.Qoldberqin məqaləsində deyilirdi ki, o, martın 11-də “Maykl Uolts” adlı (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin adı) istifadəçidən “Signal” mesencerinə qoşulmaq sorğusu alıb. Bundan iki gün sonra jurnalist “Houthi PC Small Group” adlı çat qrupuna qoşulma barədə bildiriş alıb.

Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdəbirinə nəzarət edən husilərin hədəflərinə zərbələr endirilməyə başlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv