Türkiyəli bloqer Bakıdan İrəvana getdi və “Qarabağ” mahnısını ifa etdi

Türkiyəli bloqer Bakıdan İrəvana getdi və “Qarabağ” mahnısını ifa etdi






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hadisə, #İrəvan, #Novruz bayramı, #Sosial şəbəkələr, #Təbrik, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyəli gəncin İrəvandan çəkdiyi video Ermənistanda sürətlə yayılaraq, geniş rezonans doğurub.

Gənc şəhərin mərkəzindən canlı yayım açaraq, Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib və “yeraz”lara xüsusi salam göndərib.

Daha sonra gənc çıxışını məşhur “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə boz qurd simvolunu göstərib.

Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub. Bəzi erməni sosial media istifadəçiləri “İrəvanda necə belə bir şey baş verə bilər?” sualını qaldırıblar.

Sosial mediada yayılan xəbərlərə görə, Ermənistanın hüquq-mühafizə orqanları sözügedən gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər.

Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub.

Azərbaycanlılar isə sosial şəbəkələrdə videonu geniş yayaraq gəncin cəsarətini alqışlayıblar. Qeyd edək ki, bundan əvvəl də türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk dünyasına mesaj göndərmişdi.

Ətraflı  videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv