Rusiya bankları yenidən SWIFT-ə qoşulacaq

Rusiya bankları yenidən SWIFT-ə qoşulacaq






presstv

"Presstv"az #Almaniya, #dənizdə, #Gəmi, #Kanada, #Nyu-York, #Qara dəniz, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya bankları SWIFT-ə qayıdacaq. Bu barədə razılaşma Moskva və Vaşinqton nümayəndələrinin Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) görüşü zamanı əldə edilib.

presstvaz-ın məlumatına görə, bu barədə Kremlin saytındakı bəyanatda deyilir.

Bildirilib ki, əvvəlcə “Rosselxozbank”, sonra isə kənd təsərrüfatı ixracında iştirak edən digər banklar üzərindən sanksiyalar götürüləcək – Rusiya yalnız bundan sonra Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə razılaşıb.

Danışıqların nəticəsinə görə, Vaşinqton Moskvaya dünya kənd təsərrüfatı məhsulları və gübrə bazarına çıxışı bərpa etməyə, həmçinin limanlara çıxışı yaxşılaşdırmağa və dəniz sığortası xərclərini azaltmağa kömək edəcəyini bildirib.

“Mosbirja”da bu xəbərlərdən sonra gübrə istehsalı, kənd təsərrüfatı məhsulları və dəniz gəmiçiliyi sahəsində xidmətlər göstərən şirkətlərin səhmləri kəskin şəkildə artıb. Dünya gübrə istehsalçılarının səhmləri isə bu xəbərlərin fonunda ucuzlaşıb.

Bəyanatın dərc edilməsindən sonra Nyu-York Fond Birjasında Şimali Amerikanın “Mosaic” və “CF Industries” şirkətlərinin səhmlərinin dəyərləri müvafiq olaraq 3.6% və 3.7%, Kanadanın “Nutrien” şirkətinin səhmləri isə 4%-dən çox ucuzlaşıb. Almaniyanın kalium gübrəsi istehsalçısı “K+S” şirkətinin səhmləri də təxminən 5% ucuzlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv