Tramp: “Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib”

Tramp: “Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #dənizdə, #Donald Tramp, #Gəmi, #Jurnalistlər, #Nəqliyyat, #Qara dəniz, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Ukrayna, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

presstvaz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz hər iki istiqamətdə böyük irəliləyiş əldə etdik”, – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib və bunun Rusiya və Ukrayna, həmçinin Yaxın Şərq ilə bağlı olduğunu açıqlayıb.

“Görək bu hansı nəticəyə gətirib çıxaracaq. Biz Rusiya və Ukrayna ilə dərin müzakirələr aparırıq və deyə bilərəm ki, danışıqlar yaxşı gedir”, – deyə ABŞ lideri qeyd edib.

Kremlin saytında dərc edilmiş yekun sənədə görə, Rusiya və ABŞ Ər-Riyadda keçirilən ekspert qruplarının görüşündə Qara dənizdə təhlükəsiz gəmiçilik və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadə olunmaması barədə razılığa gəliblər.

Vaşinqton öz tərəfindən Moskvaya kənd təsərrüfatı məhsulları və gübrə ixracatı üçün dünya bazarına çıxışın bərpasında kömək etməyi öhdəsinə götürüb. Bu razılaşmalar Rusiyanın kənd təsərrüfatı ixracatı və nəqliyyat sektoruna qoyulan bir sıra sanksiya məhdudiyyətlərinin ləğvindən sonra qüvvəyə minəcək.

Həmçinin Moskva və Vaşinqton enerji sisteminə zərbələrə qoyulmuş müvəqqəti moratoriuma düşən obyektlərin siyahısını razılaşdırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv