ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB

ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB






presstv

"Presstv"az #ABŞ, #Ermənistan, #İrəvan, #Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanda ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən hərbi-bioloji laboratoriya Ermənistanın və bir sıra digər ölkələrin mətbuatında gündəmdə saxlanılır.

presstvaz xarici KİV-ə istinadən xəbər verir ki, hələ ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.

Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Bu məlumatların mətbuatda dərc edilməsindən sonra ABŞ-nin Ermənistandakı səfirliyi önündə aksiyalar da keçirilib.

İndi isə İrəvan mətbuatı yazır ki, Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən hərbi-bioloji laboratoriyalar, paytaxtda, eləcə də, Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində fəaliyyət göstərir.

“Həmçinin İcevan, Gümrü, Martuni, Qafan və Vanadzorda (Böyük Qarakilsə) daha yaxşı təchiz olunmuş laboratoriyalar mövcuddur. Təkcə İrəvandakı bu laboratoriyalarda, inzibati heyət də daxil olmaqla 140-a yaxın insan çalışır”, – deyə mənbə yazıb.

ABŞ-nin Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 13 hərbi-bioloji laboratoriyasının olduğu qeyd edilib. Kreml bu laboratoriyalara qarşı hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb və Ermənistana xəbərdarlıq olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv