Rusiyalı 21 il heç bir sənədi olmadan yaşayıb

Rusiyalı 21 il heç bir sənədi olmadan yaşayıb






presstv

"Presstv"az #Rusiya, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Perm (Rusiya) şəhərinin sakini 21 il heç bir sənəd olmadan yaşayıb.

presstvaz vesti.ru-ya istinadən xəbər verir ki, problemin həllinə Perm diyarının insan hüquqları üzrə müvəkkili İqor Sapko qoşulub və vətəndaşa doğum şəhadətnaməsi almaqda kömək edib.

Gənc qadın müvəkkilin qəbuluna müraciət edərək, anasının ona heç vaxt doğum şəhadətnaməsi tərtib etdirmədiyini danışıb. Nəticədə qız nə uşaq bağçasına, nə də məktəbə gedə bilməyib.

Yetkinlik yaşına çatdıqdan sonra o, özü lazımi sənədləri tərtib etməyə çalışıb, amma məlum olub ki, bu yalnız məhkəmə qaydasında mümkündür. Müxtəlif instansiyalardan keçdikdən sonra qız müvəkkilə müraciət edib.

Bütün sənədləri tərtib etdikdən sonra qadın axşam məktəbində oxumaq, daha sonra isə kinoloq peşəsini öyrənmək niyyətindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv