Fernandu Santuş: “Belarus millisi ilə görüşdə yeniliklər etməyə çalışacağıq”

Fernandu Santuş: “Belarus millisi ilə görüşdə yeniliklər etməyə çalışacağıq”






presstv

"Presstv"az #Azərbaycan, #Belarus, #Futbol, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Heyətdə mütləq dəyişikliklər olacaq”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:

“Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə, heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa daha çox sahib biz olaq. Heyətdə oruc tutan futbolçular var və mən onların hər birinə hörmətlə yanaşıram. Oyunçular oruc tutduqları üçün bu bizim məşqlərimizdə çətinliklər yaratsa da, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Belarusla görüşdə yeniliklər edərək qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv