Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır

Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Bakı, #Cənubi Qafqaz, #Ermənistan, #İrəvan, #Münaqişə, #Roma Papası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.

presstvazVatican News”a istinadən xəbər verir ki, pontifikin bəyanatını Müqəddəs Taxt-Tacın mətbuat xidməti yayıb.

O, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin əldə edilməsi səyləri fonunda Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini bildirib.

“Qoy bu, digər münaqişələrin də dialoq və xoşməramlılıq yolu ilə həllini tapa biləcəyinə ümid əlaməti olsun”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 14-də xəstəxanaya yerləşdirilən Katolik Kilsəsinin rəhbəri beş həftədən sonra ilk dəfə martın 23-də ictimaiyyət qarşısına çıxıb.

Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv