AFFA-nın sabiq baş katibi vəfat edib

AFFA-nın sabiq baş katibi vəfat edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Bakı, #Çin, #Futbol, #Mətbuat Şurası, #Neftçi, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov 89 yaşında vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial şəbəkə hesabında məlumat yayıb.

“Futbol veteranı Çingiz İsmayılov bu gün haqq dünyasına qovuşdu. Aprelin 12-i 90 yaşını qeyd edəcəkdi”, – jurnalist qeyd edib.

Xatırladaq ki, daha əvvəl İsmayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Qeyd edək ki, Ç. İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb.

O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv