23 mart Ümumdünya Meteorologiya Günüdür

23 mart Ümumdünya Meteorologiya Günüdür






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Milli Hidrometeorologiya Xidməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir.

presstvaz xəbər verir ki, Ümumdünya Meteorologiya Gününün hər il bir deviz altında keçirilməsi artıq ənənəyə çevrilib. Bu ilin devizi isə “Erkən xəbərdarlıq boşluğunu birlikdə aradan qaldırmaq”dır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, ölkəmizdə hidrometeorologiya sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi önəm verilir.

“Ümumdünya Meteorologiya Təşkilatının standartlarına və tövsiyələrinə uyğun olaraq dövlət inkişaf proqramları çərçivəsində hidrometeorologiyanın inkişaf etdirilməsi üzrə respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, son illər ölkə üzrə avtomatlaşdırılmış meteoroloji stansiyaların sayı 58-ə, hidroloji stansiyaların sayı 40-a, dəniz müşahidə stansiyalarının sayı 6-ya çatdırılıb. Həmçinin Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissəsi hesab edilən 3 meteoroloji dopler radar quraşdırılıb və 2 aeroloji zond stansiyasının fəaliyyəti yenidən bərpa edilib. Eyni zamanda, meteo.az mobil tətbiqi istifadəyə verilib ki, bununla ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət eyni zamanda, hava xəbərdarlıqları haqqında məlumatlar təqdim olunur”.

N.Mahmudov onu da vurğulayıb ki, hidrometeorologiya sahəsinin inkişafı üzrə işlər davam edir və növbəti illərdə də avtomatlaşdırılmış hidrometeoroloji stansiyaların, yeni meteoroloji dopler radarların quraşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

N.Mahmudov Azərbaycanın 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulduğunu və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq hidrometeoroloji müşahidələr apardığını, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra etdiyini bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv