Putinin böyük planı açıqlandı

Putinin böyük planı açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Çin, #İran, #Kiyev, #Münaqişə, #Rusiya, #Şimali Koreya, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya lideri Vladimir Putin Ukraynada mümkün sülh danışıqları zamanı heç nəyi riskə atmaq istəmir, onun böyük planları var.

presstvaz xəbər verir ki, bu barədə CNN-nin analitik materialında deyilir.

“Rusiya lideri və ətrafı açıq şəkildə bəyan edir ki, strateji məqsədləri dəyişməz olaraq qalır. Sülhdən danışsa da, Kreml münaqişənin “əsas səbəblər”inin aradan qaldırılmasında israrlıdır. Bura Ukraynanın suverenliyinin ləğvi, hökumətin (Prezident Volodimir Zelenskinin) dəyişdirilməsini və NATO-nun Şərqi Avropadakı təsirinin məhdudlaşdırılması daxildir.

Putin 2022-ci ildə Kiyevdə rusiyapərəst rejim qurmaq, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə genişmiqyaslı işğala başlayıb. Döyüş meydanında uğursuzluğa düçar olsa da, bu məqsədindən dönməyib”, – materialda vurğulanır.

Mənbə qeyd edir ki, Rusiyanın başqa ölkədə məqsədlərinə nail olmasının ən asan yolu hərbi variant yox, müdaxilə və seçki prosesidir:

“Ona görə də Kreml Zelenskinin legitimliyinə şübhə ilə yanaşır və seçkilərdə israr edir, bu prosesdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Putin həm də Ukraynanın neytral dövlət olaraq qalmasını və NATO-ya üzv olmamasını istəyir”.

Kremlin qlobal ambisiyalarına gəlincə, CNN hesab edir ki, Putin Rusiyanın böyük dövlət statusunu bərpa etməyə və ABŞ-nin dünyada təsirini zəiflətməyə çalışır: “Bu məqsədlə Qərbin əleyhdarları olan ölkələrlə – Çin, Şimali Koreya, İran və digərləri ilə koalisiya yaradır”.

Analitik Monika Uaytın fikrincə, Rusiya bütün mühüm danışıqlar masasında olmaq istəyir, sabitliyi pozmaqla proseslərdə aparıcı rol oynamağa çalışır.

“Putin əmindir ki, Rusiya dünya nizamının müəyyən edilməsində iştirak etməlidir. Bəlkə də Vaşinqtonda onunla həmfikir olanlar var. Məsələn, Tramp hesab edir ki, dünyanın ən qüdrətli ölkələri ərazilərin yenidən bölüşdürülməsi olsa belə, öz mülahizələri ilə hərəkət etmək hüququna malikdir”, – materialda bildirilir.

Siyasi ekspert Mark Qaleotti bu barədə söyləyir: “Trampın nöqteyi-nəzərindən Ukrayna ABŞ və Rusiya arasında razılaşmanı qəbul etməli olan vassal dövlətdir”. (Teleqraf)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv