Ərdoğan: “CHP sədrinin çağırdığı küçə çıxışı olmayan dalandır”

Ərdoğan: “CHP sədrinin çağırdığı küçə çıxışı olmayan dalandır”






presstv

"Presstv"az #Bələdiyyə, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində 21 mart Novruz proqramında çıxış edib.

presstvaz-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, dövlət başçısı hazırda ölkə müxalifətinin ətrafında yaranan vəziyyəti şərh edib:

“Çox açıq və qəti şəkildə deyirəm: CHP (Cümhuriyyət Xalq partiyası – red.) başçısının çağırdığı küçə çıxışı olmayan dalandır.

Oğurluğu, soyğunu, qanunsuzluğu, saxtakarlığı müdafiə etmək üçün məhkəmə salonları əvəzinə küçəni göstərməsi böyük bir məsuliyyətsizlikdir.

Ramazanı və Novruzu birlikdə qeyd etdiyimiz belə xüsusi bir gündə İstanbulda baş verən bir korrupsiya əməliyyatı bəhanə edilərək küçələrimizdə qarışıqlıq yaratmaq istənildiyinin şahid oluruq.

Bir ovuc qabiliyyətsiz möhtəkirin yalnız öz gələcəyi, mənafeyi, işi pozulmasın deyə millətimizin rahatlığına qəsd etməsinə, insanlarımızı qızışdırmasına, Türkiyəni terrora bürüməyə çalışmasına göz yummayacağımızın bilinməsini istəyirəm.

Bu millətin əzəli və əbədi birliyinin zədələnməsinə bu günə qədər razılıq vermədik, bundan sonra da verməyəcəyik.

Kədərlidir ki, CHP mövcud idarəetmə sistemində qanunsuz təşkilatlarla asimmetrik əlaqələr qurub, boynuna qədər korrupsiyaya batıb. CHP-nin yalnız bələdiyyələrə çökmüş haramzadələrlə deyil, marjinal quruluşlarla və terror təşkilatları ilə də arasına məsafə qoymasının zəruriliyi aydındır”, – dövlət başçısı bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv