Altıncı nəsil döyüş təyyarəsi gəlir: F-47

Altıncı nəsil döyüş təyyarəsi gəlir: F-47






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Donald Tramp, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Altıncı nəsil F-47 döyüş təyyarəsinin hazırlanması ilə bağlı müsabiqədə “Boeing” qalib gəlib.”

presstvaz xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

“F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyası təxminən 5 ildir ki, gizli şəkildə uçur və biz əminik ki, bu, digər dövlətlərin imkanlarından çox üstündür”, – o bildirib.

Xatırladaq ki, martın 21-də Trampın NGAD (Next Generation Air Dominance) kimi tanınan yeni nəsil döyüş təyyarəsi üçün ən azı 20 milyard dollarlıq müqavilə ilə bağlı Pentaqonun qərarını açıqlayacağı gözlənilirdi.

Qeyd edək ki, son illərdə “Boeing” və “Lockheed Martin” kimi nəhəng şirkətlər təyyarənin hazırlanması üzrə müqavilə üçün yarışırdı. Digər nəhəng şirkət “Northrop Grumman” isə 2023-cü ildə yarışdan çıxdığını açıqlamışdı.

NGAD layihəsi çərçivəsində hazırlanan təyyarənin F-22 Raptoru əvəz edəcəyi və pilotsuz uçuş aparatları ilə birlikdə istifadə ediləcəyi gözlənilir. /APA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv