Üçaylıq körpənin dəstəyə ehtiyacı var: Anası yardım diləyir

Üçaylıq körpənin dəstəyə ehtiyacı var: Anası yardım diləyir






presstv

"Presstv"az #Ailə, #Allergiya, #Həkim, #Körpə, #Qrip

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Üçaylıq körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Günel Əliyeva məlumat verib.

O bildirib ki, övladı vaxtından öncə doğulduğu üçün küvəzə qoyulub:

“Övladım Məhəmmədəli yanvarın 2-də özəl klinikalardan birində dünyaya gəlib. Hamiləliyimin son dövrləri çox ağır şəkildə qrip oldum. Ona görə də uşağı vaxtından əvvəl əməliyyatla götürməli oldular. Ciyəri tam açılmadığı üçün bir müddət küvəzdə qaldı. Daha sonra evə çıxdıq. Onun vəziyyəti bir müddət yaxşı olsa da, yenidən pisləşdi. İnanın, elə bir aydır xəstəxanalarda qalmışıq. Həkimlər övladımın bağırsaq keçirməzliyi olduğunu deyir. Allergik uşaqdır, allergiyası yenidən artıb, bütün bədəni səpki içindədir. Bir neçə gündür evə gəlmişik, temperaturu düşmür. Həkimə getməyə imkanımız yoxdur”.

Gənc ana övladı üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:

“Biz 10 ildən çoxdur evliyik, 10 il idi, mən övlad həsrəti çəkirdim. İllərdir, çox ağır müalicələr, əməliyyatlar keçirmişəm. İnanın, vəziyyətimiz o qədər çətindir ki, körpəyə yemək almaqda çətinlik çəkirik. Borcun, xərcin içində batırıq. Yardımsevər şəxslərdən mənim övladıma yenidən dəstək olmalarını xahiş edirəm. Sizin izləyicilər mənim övladımın ən pis vaxtında bizim əlimizdən tutdular. Onlara müraciət edib bizi yarı yolda qoymamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 239-46-00.

“Kapital Bank”: 4169 7388 3182 3574.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv