Ariel Helvani: “UFC Azərbaycanda turnir keçirməyə hazırlaşır”

Ariel Helvani: “UFC Azərbaycanda turnir keçirməyə hazırlaşır”






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Hadisə, #Hakim, #Rusiya, #SSRİ, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nüfuzlu şimali amerikalı insayder və jurnalist Ariel Helvani bildirib ki, UFC (Ultimate Fighting Championship) artıq 2025-ci ilin iyun ayında Azərbaycanda ilk turnirin keçirilməsi barədə razılaşmaya yaxındır.

presstvaz-ın məlumatına görə, Helvani bu barədə sosial şəbəkə səhifəsində məlumat verib.

Bu turnir üçün hələlik bir döyüş hazırlanır – Tahir Ulanbekov ən yüngül çəki dərəcəsində Kodi Horiquçi ilə qarşılaşacaq. Yaponiyalı döyüşçü 2017-ci ildə üç ardıcıl qələbə seriyası ilə UFC-dən ayrılmışdı, 2015-ci ildə isə titul uğrunda döyüşmüşdü – Demetrius Consona sabmişnla məğlub olmuşdu. UFC-dən sonra Horiquçi “Rizin” və “Bellator”da titullar qazanmış, Manel Kape və Kay Asakuranı vaxtından əvvəl məğlub etmişdi.

Qeyd edək ki, UFC-də həmçinin azərbaycanlı döyüşçülər Nazim Sadıqov və Rafael Fiziyev də çıxış edirlər.

Xatırladaq ki, şimali amerikalı promouşn keçmiş SSRİ ölkələrinin ərazisində son turnirini 2019-cu ilin noyabrında keçirmişdi. O zaman turnir Moskvada baş tutmuşdu. Axşamın əsas hadisəsi rusiyalı Zabit Məhəmmədşəripov ilə amerikalı Kelvin Kattar arasında döyüş olmuşdu. Döyüş hakimlərin yekdil qərarı ilə Zabitin qələbəsi ilə başa çatmışdı.

UFC – Las-Veqasda (ABŞ) yerləşən və bütün dünyada qarışıq döyüş sənəti (həmçinin MMA kimi tanınan) üzrə döyüşlər keçirən beynəlxalq idman təşkilatıdır. O, “Endeavor”un törəmə şirkəti olan “TKO Group Holdings”ə məxsusdur və onun tərəfindən idarə olunur. Təşkilatın prezidenti Dana Uaytdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv