Tamamilə süni intellektlə yazılan qəzet dərc olundu

Tamamilə süni intellektlə yazılan qəzet dərc olundu






presstv

"Presstv"az #Audi, #Baş redaktor, #İtaliya, #Rusiya, #Süni intellekt, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyada tamamilə süni intellekt (AI) tərəfindən yazılmış dünyanın ilk qəzeti nəşr olunub. 

presstvaz APA-ya istinadən xəbər verir ki, bu haqda “The Guardian” qəzeti məlumat yayıb.

“Il Foglio IA” adlanan buraxılış “Il Foglio” gündəlik qəzeti tərəfindən hazırlanıb və ilk buraxılışı martın 18-də nəşr olunub.

Məlumatda qeyd edilir ki, “Il Foglio” qəzet bütün materialların neyron şəbəkəsi tərəfindən yazıldığı eksperimental buraxılış dərc edib.

Qəzetin baş redaktoru Klaudio Ceraza bildirib ki, təcrübənin məqsədi süni intellektin müasir jurnalistikaya təsirini nümayiş etdirməkdir.

Dörd səhifəlik xüsusi buraxılış həm çap, həm də onlayn formatda mövcuddur. Burada şəxsi fikirlər, dərin təhlillər və ya canlı müsahibələr yoxdur.

Xüsusi buraxılışda “İtalyan Trampist paradoksu” ilə bağlı məqalə, Rusiya prezidenti Vladimir Putin haqqında köşə yazısı və İtaliya iqtisadiyyatında islahatlarla bağlı məqalə yer alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv