“İnsan bir neçə saniyə ərzində huşunu itirir” – BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ

“İnsan bir neçə saniyə ərzində huşunu itirir” – BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Avto, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yorğunluq və yuxusuzluq nəqliyyat vasitəsinin idarə olunmasında ciddi təhlükə yaradır. Uzun müddət istirahətsiz qalmaq sürücünün reaksiya müddətini gecikdirir, diqqətini yayındırır və qəzaların baş vermə riskini artırır”.

presstvaz bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.

“Aparılan tədqiqatlar göstərir ki, uzun məsafə qət edən və ya gecə saatlarında hərəkət edən sürücülər arasında mikroyuxu halları daha çox qeydə alınır. Mikroyuxu zamanı insan bir neçə saniyə ərzində huşunu itirir və bu, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb ola bilər. Yol hərəkəti təhlükəsizliyi baxımından bu, son dərəcə ciddi risk yaradır.

Bunun qarşısını almaq üçün sürücülərə aşağıdakı tövsiyələr edilir:

– Yola çıxmazdan əvvəl kifayət qədər yatmaq və istirahət etmək vacibdir;

– Özünüzü yorğun hiss edirsinizsə, avtomobili təhlükəsiz yerdə saxlayıb dincəlin;

– Uzun səfərlər zamanı hər iki-üç saatdan bir qısa fasilələr vermək tövsiyə olunur;

– Əgər yuxululuq hiss edirsinizsə, sükan arxasında qalmayın və nəqliyyat vasitəsini idarə etməyi dayandırın.

Unutmayın ki, yuxusuz halda avtomobil idarə etmək sərxoş vəziyyətdə sükan arxasında olmaq qədər təhlükəlidir! Hər bir sürücünü diqqətli və məsuliyyətli olmağa çağırırıq!” – deyə müraciətdə vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv