Azərbaycan şahmatı tarixində ilk: Bu il səkkiz beynəlxalq yarış keçiriləcək

Azərbaycan şahmatı tarixində ilk: Bu il səkkiz beynəlxalq yarış keçiriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Şahmat Federasiyası, #Bakı, #Şahmat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

presstvaz xəbər verir ki, bununla bağlı Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi altında Təşkilat Komitəsinin iclası keçirilib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov beynəlxalq turnirlər silsiləsinin ölkə şahmatında ilk olduğunu qeyd edib və bütün yarışların yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayıb.

2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu” çərçivəsində ölkədə şahmat üzrə səkkiz beynəlxalq yarış təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.

Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-03 iyulda “Shamakhı Open”, 06-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək. “Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.

“Azərbaycan Şahmat Turu”yla əlaqədar Azərbaycan Şahmat Federasiyası tərəfindən nəfis tərtibatda yeni sayt istifadəyə verilib. Chess.az saytında şahmatçılar rahat şəkildə turnirlər üçün qeydiyyatdan keçməklə yanaşı, həm də yarışla bağlı son xəbərləri izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv