“Google” Novruz bayramı münasibətilə dudl hazırlayıb

“Google” Novruz bayramı münasibətilə dudl hazırlayıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Google, #Günəş, #Hadisə, #Novruz bayramı, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” axtarış sistemi Azərbaycanın ən sevimli bayramlarından biri olan Novruzu özünəməxsus tərzdə qeyd edib.

presstvaz xəbər verir ki, şirkət bu il də ənənəsinə sadiq qalaraq, Novruz bayramı münasibətilə xüsusi dudl hazırlayıb.

“2025 Novruz bayramı” adlı dudlda bu qədim bayramın əsas simvolları olan Keçəl, səməni, eləcə də baharın gəlişini müjdələyən çiçək açan ağaclar və qaranquşlar təsvir olunub. Dudl istifadəçiləri virtual olaraq Novruz ab-havasına qərq edir və bayram sevincini yaşadır.

Qeyd edək ki, dudl “Google” axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibətilə yaradılan xüsusi açıqcaların adıdır. Şirkət mütəmadi olaraq müxtəlif bayramlar və tarixi hadisələrlə bağlı maraqlı dudllar hazırlayır.

Azərbaycanda Novruz bayramı hər il martın 20-21-i qeyd edilir. Bu il yaz fəsli Bakı vaxtı ilə saat 13:01:25-də ölkəmizə daxil olacaq. Astronomik baxımdan bu, gecə ilə gündüzün bərabərləşdiyi, Günəşin düz şərqdə doğub, qərbdə batdığı andır. 2025-ci ildə yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Novruz Azərbaycan xalqının qədim zəngin mədəni irsinin tərkib hissəsidir. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu bayram bir çox türk xalqları tərəfindən qeyd olunur. Bayram ərəfəsində insanlar təmizlik işləri aparır, xüsusi şirniyyatlar bişirir, yeni paltar alır və bir-birini təbrik edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv