Sosial İqtisadi Kollecin döyülən direktoru Şəhriyar Laçınov danışdı

Sosial İqtisadi Kollecin döyülən direktoru Şəhriyar Laçınov danışdı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Azərbaycan, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #Hadisə, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

presstvaz xəbər verir ki, döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib:

“Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır”, – deyə o bildirib.

Ətraflı süjetdə:

19 mart, 13:02

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınovun döyülməsi ilə bağlı bəzi məqamlar məlum olub.

presstvaz  Oxu.az-a  istinadən bildirir ki,  Ş.Laçınov səkkiz aydır ki, sözügedən təhsil müəssisəsinə rəhbərlik edir.

“33 yaşı var. “Yüksəliş” müsabiqəsinin finalçısı olub. Mühasib isə 15 ildir burada işləyir. Hansısa səbəbdən aralarında mübahisə olub və sonda bu həddə çatıb. Hadisədən dərhal sonra UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) daxili nəzarət komissiyası kollecə gəlib. İş indi 13-cü polis bölməsində araşdırılır”, – deyə məlumatda bildirilir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyevpresstvaz-a baş vermiş hadisə ilə bağlı açıqlama verib.

“18 mart 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır. Hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə P.Əliyev bildirib.

11:06

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

presstvaz bildirir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında bildirib ki, hadisə barədə daxil olmuş müraciət əsasında hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

19 mart, 02:01

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

presstvaz Yenisabah.az-a istinadən xəbər verir ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.

Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirib.

Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci “cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə” çevirib.

Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q.Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru döyüblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv