Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək

Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #Maliyyə Nazirliyi, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Sərəncam, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlər veriləcək.

presstvaz xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, 2025-2028-ci illərdə İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə birlikdə ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsini təmin etməlidir.

Bu illər ərzində sahibkarlıq subyektlərinin süni intellektin tətbiqi ilə bağlı üzləşdikləri maliyyə çatışmazlığının tədqiq olunacaq. Sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanacaq və təsdiq üçün təqdim olunacaq. Eyni zamanda güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirləri həyata keçiriləcək. Belə ki, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv