AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), #Cəbrayıl, #Füzuli, #Novruz bayramı, #PSJ, #Sağlamlıq, #Şuşa, #Təbrik, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil edib, azyaşlıları hədiyyələrlə sevindirib.

Tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib. Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində AHİK rəsmiləri məktəbliləri təbrik edib, onların doğma yurd-yuvalarında bayram keçirmələrinin qürurlu olduğunu vurğulayıblar. Tədbirdə uşaqların inkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs olunub, onların əsl vətənpərvər kimi formalaşması üçün görülən işlər diqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.

Tədbirlərdə AHİK tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv