Əfqanıstanda qadınların səsinin radio efirlərində eşidilməsinə qadağa qoyuldu

Əfqanıstanda qadınların səsinin radio efirlərində eşidilməsinə qadağa qoyuldu






presstv

"Presstv"az #Əfqanıstan, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfqanıstanda “Taliban” hökumətinin məmurları Qəndəhar əyalətində qadınların səsinin radioda eşidilməsinə qadağa qoyublar.

presstvaz-ın xəbərinə görə, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hökumət orqanlarının bəyanatına istinadən məlumat verib.

“Radioda qadın səslərinin yayımlanması qəti qadağan edilir. Əyləncə proqramları zamanı qadın mesajlarının paylaşılması da qadağandır”, – deyə AFJC əldə etdiyi sənəddən sitat gətirib.

Sənəddə eyni zamanda, bütün radiostansiya əməkdaşlarının əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hökumət orqanlarından xüsusi icazə alması ilə bağlı tələb də yer alır.

Jurnalistlər Mərkəzinin məlumatına görə, Qəndəhar Hilmənddən sonra “Taliban”ın qadınların radioverilişlərdə səsini tamamilə qadağan etdiyi ikinci əyalət olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv