Yeni körpü tikilir: Sürücülər narazıdırlar – Tıxac və qəzalar qaçılmaz olacaq – VİDEO

Yeni körpü tikilir: Sürücülər narazıdırlar – Tıxac və qəzalar qaçılmaz olacaq – VİDEO






presstv

"Presstv"az #Avto, #Hakim, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri yekunlaşmaq üzrədir.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub.

Yol asfaltlanıb, xətlər çəkilib, amma avtomobil yolu körpüyə uyğunlaşdırılmayıb. Məhz bu səbəbdən həmin ərazidə tıxac və qəzalar qaçılmaz olacaq.

Sakinlərin sözlərinə görə, bütün bunlara səbəb Saray istiqamətində yolun üzərində iaşə obyektlərinin olmasıdır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpüdə tikiti işləri layihəyə tam uyğun aparılıb. Ancaq yolun genişləndirilməsi onların səlahiyyətində deyil.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq, piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq.

“Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın”, – deyə icra hakimiyyətindən bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv