Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı

Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı






presstv

"Presstv"az #Azərbaycan, #Məleykə Abbaszadə, #Sertifikasiya imtahanı, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan dili bizim kimliyimizi müəyyən edən ən vacib amildir”.

presstvaz xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda sözügedən platformanın ilkin versiyası təqdim olunur:

“Bu platforma bizə şəxslərin Azərbaycan dili ilə bağlı biliklərini yoxlamağa imkan verəcək. İmtahandan keçən hər kəs anket məlumatlarını daxil etməlidir.

Bizə kimin neçə bal topladığı önəmli deyil. Bu məlumatlar bizə hər bir sosial təbəqənin hansı biliklərə sahib olduğunu öyrənmək üçün lazımdır”.

Məleykə Abbaszadə qeyd edib ki, Azərbaycan dilinin itməməsi üçün çalışmalıyıq:

“Azərbaycan dili hər bir sahədə olduğu kimi elmi sahədə də inkişaf etməlidir. Nəyə görə əvvəllər rus, indi isə ingilis dilində dissertasiya işlərinin yazılması tələb olunur? Bu, yazıların dünyanın bilməsi üçün lazımdır. Buna görə də Azərbaycan dili elmi sahədə inkişaf etməlidir. Yoxsa biz öz dilimizi itirə bilərik”.

Sədr vurğulayıb ki, hazırda ilkin versiyasının təqdimatı keçirilən bu platformanın data məlumatları üçün 2000 nəfərin imtahanda iştirak etməsi lazımdır:

“Mən istəyərdim ki, elə burada əyləşən müəllimlər, habelə Yazıçılar İttifaqının üzvləri bu prosesdə iştirak etsinlər. Data üçün bizə 2000 nəfərin iştirakı lazımdır. Eyni zamanda, rus dilində məktəbi bitirib, Azərbaycan dilində fəaliyyət göstərənlərin nəticələrinin öyrənilməsi lazımdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv