Tramp: “Baydenin imzaladığı əfv sərəncamları hüquqi qüvvəyə malik deyil”

Tramp: “Baydenin imzaladığı əfv sərəncamları hüquqi qüvvəyə malik deyil”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Allergiya, #Avto, #Co Bayden, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Məhkum, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, sələfi Co Baydenin əfv sərəncamları etibarsızdır və hüquqi qüvvəyə malik deyil.

presstvaz-ın məlumatına görə, Tramp bu barədə özünün “Truth Social” hesabından yazıb.

Ağ Ev rəhbəri buna səbəb kimi sənədin avtomatik imza qurğusu ilə imzalanmasını göstərib.

“Yuxulu” Co Baydenin verdiyi “əfv”lər etibarsız, hüquqi qüvvəyə və nəticələrə malik olmayan elan edilir, çünki onlar avtomatik imza qurğusu ilə imzalanıb. Başqa sözlə, Co Bayden onları imzalamayıb. Lakin daha əhəmiyyətlisi budur ki, o, sənədlər haqqında heç nə bilmirdi! Əfv sənədləri Baydenə izah edilməyib və ya onun tərəfindən təsdiqlənməyib. O, onlar haqqında heç nə bilmirdi, onlar haqqında bilənlər isə cinayət törədə bilərdilər”, – deyə Ağ Ev rəhbəri bəyan edib.

Qeyd edək ki, yanvarın 17-də Bayden narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilmiş təxminən 2.5 min məhkumun hökmünü yüngülləşdirib. O, həmçinin Trampın təqib etməklə hədələdiyi bir sıra şəxsləri qabaqlayıcı qaydada əfv edib. Onların arasında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri general Mark Milli, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, həmçinin 2021-ci ilin əvvəlində Kapitoliyə hücum hallarını araşdıran Konqresin Nümayəndələr Palatasının xüsusi komitəsinin üzvləri və bu iş üzrə ifadə verən polis əməkdaşları var.

Beləliklə, Bayden ABŞ tarixində ən çox əfv və cəza yüngülləşdirmə sərəncamı verən dövlət başçısı olub.

ABŞ mediasında bildirilib ki, keçmiş prezidentin səlahiyyət müddətinin sonunda hökmləri yüngülləşdirməsi Ədliyyə Nazirliyinin etirazına səbəb olub. Qurumdan hesab edilir ki, Bayden buna layiq olmayan, zorakı keçmişi olan çox sayda cinayətkarı əfv edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv