“Formula 1″ə ayrılan pulları mənimsəyən Çingiz Mehdiyevə hökm oxundu

“Formula 1″ə ayrılan pulları mənimsəyən Çingiz Mehdiyevə hökm oxundu






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, #Çin, #Cinayət işi, #Formula-1, #Hakim, #İdman

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Xatırladaq ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Ötən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin dəymiş ziyanı ödədiyini bildirib.

Bu səbəbdən dövlət ittihamçısı Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif etmişdi.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula-1” oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv