Hollivudun ulduzu ilk dəfə xatirə kitabı yazıb

Hollivudun ulduzu ilk dəfə xatirə kitabı yazıb






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Aktyor, #Avto, #Kitab, #Oskar mükafatı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniyalı aktyor və rejissor Entoni Hopkins ilk dəfə xatirə kitabı yazıb.

presstvaz xəbər verir ki, o bu barədə “Instagram”da məlumat yayıb.

Oskar mükafatı qazanmış 87 yaşlı aktyor avtobioqrafiyasını “Biz bacardıq, oğlan” (“We Did OK, Kid”) adlandırıb.

Məlumatlara görə, kitab onun şəxsi həyatının ən acı məqamları, ailə uğursuzluqları və özünü travmalardan qorumaq üçün insanlardan uzaq durmaq istəyi haqqındadır.

“Bu mənim xoşuma gəlir və düşünürəm ki, sizin də xoşunuza gələcək. Oxuyun”, – deyə Hopkins videoda bildirib.

Məlumata görə, “Summit Books” nəşriyyatı kitabın təqdimatını noyabrın 4-nə planlaşdırır.

Qeyd edək ki, Hopkins ən çox “Quzuların səssizliyi”, “Hannibal” və “Qırmızı əjdaha” filmlərindəki adamyeyən doktor hannibal Lektor rolu ilə tanınır.

2000-ci ildən bəri Hopkins ABŞ-də yaşayır və bu ölkənin vətəndaşıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv