Bakıda tıxac dərdinə çarə – VİDEO

Bakıda tıxac dərdinə çarə – VİDEO






presstv

"Presstv"az #Avto, #avtobus, #Bakı, #Nazirlər Kabineti, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda nəqliyyat infrastrukturuna dair Dövlət Proqramının icrası müzakirə olunub.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, iclas Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə baş tutub.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə yaradılmış İşçi qrupun iclasında bildirilib ki, paytaxda nəqliyyatın yükünü azaltmaq üçün Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması nəzərdə tutulub.

Bu tədbirlər arasında sərnişinlərin ictimai nəqliyyata olan marağını artırmaq və mənzil başına daha rahat çatmaları üçün 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi də var.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu layihələr icra edilsə, paytaxda nəqliyyatın yükü azalacaq.

Dövlət proqramına əsasən dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası da həyata keçiriləcək. Ərşad Hüseynovun sözlərinə görə, yaxın 5 ildə görüləcək işlərdə yol infrastrukturunun genişləndirilməsi nəqliyyatda mobilliyi artıra bilər.

Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün ərazilərdə monitorinq və qiymətləndirmə də aparılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv