Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirildi – FOTO

Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirildi – FOTO






presstv

"Presstv"az #Əmək bazarı, #Jurnalistlər, #Nəqliyyat, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil olunub.

presstvaz  xəbər verir ki, bu dəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilib.Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansı hallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”, “Nəqliyyat vasitəsi yardımın verilməsində imtinaya səbəb olurmu?” kimi sualları cavablandırılıb.Mövzunun mənimsənilmə səviyyəsini müəyyən etmək məqsədilə workshop təşkil edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

“Sosial Jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.



Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv