NK: “Ermənistana ölümcül silahların və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb”

NK: “Ermənistana ölümcül silahların və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb”






presstv

"Presstv"az #Avropa, #Avropa İttifaqı (Aİ), #Azərbaycan, #Ermənistan, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistana ölümcül silahların və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb.

presstvaz xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatın Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı hissəsində 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərilməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirildiyindən bəhs edir:

“Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşlarımızın məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib. Atılmış addımlar nəticəsində Ermənistana yardımın məzmun və həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub. Nəticədə, Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınmış, bundan əlavə EPF xətti ilə Ermənistana yardım edilməsinə paralel olaraq, Azərbaycan tərəfinə humanitar mina təmizləmə fəaliyyəti üçün 10 milyon avro həcmində vəsaitin verilməsi üzrə razılıq əldə olunub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv