Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI

Eduard Məmmədov Bakıda keçiriləcək Avropa çempionatından DANIŞDI






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Boks, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2027-ci ildə Azərbaycanda WAKO versiyası üzrə Avropa çempionatı keçiriləcək. Doğma Vətəndə yarışların təşkil olunması kikboksinqin inkişafı deməkdir”.

Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov bildirib. O, vitse-prezident vəzifəsini layiqincə yerinə yetirməyə çalışacağını qeyd edib:

“Gənc idmançılara düzgün istiqamət verəcəyəm ki, böyük turnirlərdə uğurlar əldə edə bilsinlər. Hər zaman onlara dəstək olacağam”.

E.Məmmədov 2027-ci ildə Azərbaycanda keçiriləcək WAKO versiyası üzrə Avropa çempionatında 50-dən çox ölkənin iştirakının planlaşdırıldığını söyləyib:

“Bildiyiniz kimi, bu turnir iki ildən bir keçirilir. Çox vaxt avqust və sentyabr aylarında təşkil olunur. Çalışacağıq ki, gənclərimiz bu turnirdə yaxşı nəticələrə nail olsunlar. Əsas odur ki, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndirsinlər. Uşaqlar artıq böyük yarışlar gördükdən sonra həvəslənirlər. Düşünürəm ki, Avropa çempionatı ilə Azərbaycanda kikboksinqə maraq daha da artacaq”.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv