AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir

AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir






presstv

"Presstv"az #Azərbaycan, #Hava Yolları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davam edir. “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlar yaradır.

presstvaz xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri “GetTransfer” platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq, hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.

Bundan əlavə, aviaşirkət “Airalo” platformasının e-SİM xidmətini də istifadəyə təqdim edir. Bu yenilik sərnişinlərə fiziki SİM-karta ehtiyac olmadan dünyanın istənilən yerində əlaqədə olmağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.

AZAL həmçinin “Booking” platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.

Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv