Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi






presstv

"Presstv"az #Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, #Bələdiyyə, #Cinayət işi, #Hakim, #Hədə-qorxu ilə tələb etmə, #Lənkəran, #Orta məktəb, #TikTok, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Asim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Saatlı TV” kanalı və “TikTok”da “13Asim13” adlı profilin istifadəçisi olmuş Asim Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, vəzifəli şəxslər barəsində neqativ məlumatları sosial şəbəkə hesablarında və kanallarında yayacağı hədəsi ilə onlardan müxtəlif məbləğlərdə pul tələb ediblər.

İttihama görə, Asim Əliyev Saatlı rayonu, Varxan kənd bələdiyyəsinin sədri, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şirkətlərdən birinin baş mühasibi, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı rayon idarələrindən birinin rəisi, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavininə özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb edərək alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv