Hansı düymələr çətin vəziyyətdə köməyə gələ bilər? – Avtomobilin çox bilinməyən faydalı funksiyaları

Hansı düymələr çətin vəziyyətdə köməyə gələ bilər? – Avtomobilin çox bilinməyən faydalı funksiyaları






presstv

"Presstv"az #Avto, #avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtomobillər müxtəlif funksiyalarla təchiz edilsə də, bir çox sürücülər alətlər panelindəki yalnız əsas düymələrdən istifadə etməyə davam edirlər. Lakin bir neçə düymə var ki, onlar haqqında məlumatlı olmaq faydalıdır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Pravda.ru” nəşri yazıb.

Bu düymələrdən biri “Shift Lock Release”dir. Bu, avtomatik ötürmə qutusunun selektorunun yanında, qapağın altındakı kiçik bir düymədir. Mühərrik işə düşmədikdə və ya akkumulyator söndüyü zaman, bu düymə ötürücü qutunun kilidini açmaq üçün istifadə olunur.

Digər gözə çarpmayan element isə “Valet” düyməsidir. Bu düymə adətən siqnalizasiya sistemi quraşdırıldığı zaman gizlədilir. Brelok (açar) qəfil işləmədikdə, bu düymə mühafizə sistemini söndürməyə kömək edir.

Bəziləri unudurlar ki, ön sərnişinin hava yastığını söndürmək mümkündür. Bu, xüsusilə uşaqların kresloda aparıldığı zaman vacibdir. Bunun üçün saxlanc yerində və ya ön panelin ucunda olan kilidi tapmaq və alışdırma açarı ilə çevirmək lazımdır.

Həmçinin az adam pəncərə qaldırıcıları üçün uzaqdan idarəetməni istifadə edir. Sadəcə brelokdakı açma düyməsini bir neçə saniyə basıb saxlamaq kifayətdir, bu zaman bütün pəncərələr aşağı düşür.

Əgər avtomobildə arxa qapıların kilidlənməsi funksiyası varsa, xüsusilə də arxa oturacaqda uşaqlar olduğu zaman ondan istifadə etmək məqsədəuyğundur. Bu qapının ucundakı ötürücü onu yalnız kənardan açmağa imkan verir.

Və nəhayət, soyuq havada və ya küçədən xoşagəlməz qoxular gəldikdə, havanın resirkulyasiyası (təkrar dövriyyəsi) düyməsi kömək edəcək. Bu düyməni işə salmaq salonun daha tez qızdırılmasına və ya işlənmiş qazların avtomobilin içərisinə daxil olmasının qarşısının alınmasına imkan verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv