Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya

Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Moskva ABŞ və Ukrayna arasında danışıqlardan sonra verilən bəyanatları diqqətlə araşdırır”.

presstvaz-ın “Kommersant” nəşrinə istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə 30 günlük atəşkəs məsələsinə dair münasibət bildirərkən deyib.

Peskov Kiyevin razılaşdığı 30 günlük atəşkəs məsələsində tələsməməyə, hadisələri qabaqlamamağa çağırıb.

“Baxın, siz bir az qabağa gedirsiniz, biz bunu etmək istəmirik. Ötən gün mətbuata açıqlama verən Rubio da, Uolts da bəyan etdilər ki, müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat verəcəklər. Bax, əvvəlcə bizə bu məlumatlar daxil olmalıdır. Həmçinin bu günlərdə bizim amerikalılarla da təmaslarımız planlaşdırılıb ki, bu təmaslar zamanı artıq tam şəkildə məlumat alacağımıza ümid edirik”, – deyə Dmitri Peskov qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv