Müəllimləri təhqir edən qalmaqallı direktora 5 min manatlıq rüşvət İDDİASI – AUDİO

Müəllimləri təhqir edən qalmaqallı direktora 5 min manatlıq rüşvət İDDİASI – AUDİO






presstv

"Presstv"az #Bakı, #Bakı Şəhəri üzrə Təhsil İdarəsi, #Orta məktəb, #Təhsil, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müəllimlərə “Hinduşqabaş” deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.

Pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər.

Yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da bildirildi.

Valideyn Gülanə Cəfərova iddia edib ki, övladının hazırlığa getməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.

Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.

Səslənən iddialarla bağlı direktorla əlaqə saxlamaq mümkün olmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib.

Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan direktor Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv