“Air India” təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı

“Air India” təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #Hindistan, #Nyu-York, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanın “Air India” şirkətinə məxsus Mumbay-Nyu-York reysini həyata keçirən təyyarə uçuş zamanı potensial təhlükəsizlik təhdidi alıb və bu səbəblə Mumbaya geri yönləndirilib.

Bu barədə presstvaz “Times of İndia” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, “Boeing 777” təyyarəsi marşrutu dəyişərək uçuş etdiyi hava limanına istiqamət götürdüyü zaman Azərbaycanın üzərində 30 000 fut hündürlükdə olub. İçərisində 303 sərnişin və 19 ekipaj üzvü olan təyyarə səhər saatlarında sağ-salamat Mumbaya enib.

“Bu gün, 10 mart 2025-ci ildə Mumbaydan Nyu-Yorka (JFK) uçan AI119 reysi zamanı potensial təhlükəsizlik təhdidi aşkar edilib. Lazımi protokollara əməl etdikdən sonra təyyarədə olanların təhlükəsizliyi baxımından reys Mumbaya qayıdıb”, – deyə “Air India”dan bildirilib.

Aviaşirkət əlavə edib ki, hazırda təyyarə təhlükəsizlik xidmətləri tərəfindən yoxlamalardan keçir və “Air India” hakimiyyət orqanları ilə tam şəkildə əməkdaşlıq edir.

Aviaşirkətdən qeyd edildiyinə görə, uçuş martın 11-i səhər saat 5-ə tarixinə dəyişdirilib və bütün sərnişinlərə o vaxta qədər hoteldə yerləşmə, qidalanma və digər yardımlar təklif edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv