ABŞ HƏMAS tərəfdarlarının vizalarını və “green card”larını ləğv edəcək

ABŞ HƏMAS tərəfdarlarının vizalarını və “green card”larını ləğv edəcək






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Ailə, #Deportasiya, #HƏMAS hərəkatı, #İsrail, #Kolumbiya, #Nyu-York, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Dövlət Departamenti Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının giriş vizalarını və “green card”larını ləğv edəcək və onların deportasiyasını həyata keçirəcək.

presstvaz-ın məlumatına görə, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkə hesabında açıqlama verib.

“Biz HƏMAS tərəfdarlarının vizalarını və ya “green card”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”, – deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

O, bu fikirləri ABŞ immiqrasiya orqanları tərəfindən keçən yaz Nyu-Yorkdakı Kolumbiya Universitetində İsrail əleyhinə etiraz aksiyalarında fəal iştirak etmiş fələstinli Mahmud Xəlilin həbs olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən səsləndirib. ABŞ mediasının məlumatına görə, onun tələbə vizası və “green card”ı ləğv ediləcək.

Xatırladaq ki, 2024-cü ildə ABŞ universitetlərinin kampuslarında Fələstini dəstəkləyən kütləvi etiraz aksiyaları baş verib. Aksiyalar polislə toqquşmalar və İsraili dəstəkləyən nümayişçilərlə qarşıdurmalarla müşayiət olunub. Etirazçıların əsas tələbi ABŞ hökumətindən İsrailə maliyyə dəstəyini dayandırmaq olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv